Muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Dərvişova Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
Asayis.az report-a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Patrisiya Axlinqlə (İsveç) üz-üzə gəlib.
Rəqibinə uduzan Dərvişova bürünc medalla kifayətlənib.
***18:15
Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
Asayis.az report-a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Oskar Siqertlə (Polşa) üz-üzə gəlib.
Rəqibinə uduzan Əliyev yarışı bürünc medalla başa vurub.
*** 17:24
Azərbaycan taekvandoçuları Polşada keçirilən III Avropa Oyunlarını iki medalla başa vurublar.
Asayis.az report-a istinadən xəbər verir ki, buna Taleh Süleymanovun (87 kq) medal şansını itirməsi səbəb olub.
Onun 1/8 finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxman növbəti raundda yenilib.
Qeyd edək ki, taekvandoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafat qazanıb.
***17:04
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Asayis.az report-a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla üz-üzə gəlib.
Allahverdiyeva rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
***14:31
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Asayis.az report-a istinadən xəbər verir ki, idmançı fərdi mübarizədə A qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveyə qarşı keçirib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
***09:34
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Asayis.az report-a istinadən xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
Badmintonda dörd, muay-tay və boksda üç, taekvondo və atıcılıqda bir idmançı qüvvəsini sınayacaq.
26 iyun
Atıcılıq
11:00. Nigar Nəsirova (tapança ilə 25 metr məsafəyə atəş açma)
Taekvondo
11:36. 87 kq, 1/8 final: Taleh Süleymanov - Aleksander Baçman (Yunanıstan)
Badminton
11:30. Kişilər
Fərdi yarış: Eddi Reski Dviçayo (qrup mərhələsi)
Cütlər: Eddi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (qrup mərhələsi)
11:30 Qadınlar
Fərdi yarış: Keyşa Fatimə Zəhra (qrup mərhələsi)
18:00. Cütlər: Era Məftuha, Keyşa Fatimə Zəhra (qrup mərhələsi)
Boks
Qadınlar
16:15. 66 kq, 1/8 final: Şəhla Allahverdiyeva – Oşin Deriyuv (Belçika)
Kişilər
21:45. 51 kq, 1/8 final: Məsud Yusifzadə - Atilla Bernat (Macarıstan)
22:00. 80 kq, 1/8 final: Murad Allahverdiyev – Nikita Niysted (Finlandiya)
Muaytay
Kişilər
17:10. 67 kq, 1/2 final: Xəyal Əliyev - Oskar Siqert (Polşa)
Qadınlar
18:40. 57 kq, 1/2 final: Aysun Dərvişova - Patrisiya Axlinq (İsveç)
19:10. 63,5 kq, 1/2 final: Emiliya Rzayeva - Tereza Steçova (Çexiya)