Məşhur müğənni Priqojinə görə çətin anlar yaşadı - FOTO

 Məşhur müğənni Priqojinə görə çətin anlar yaşadı - FOTO

Moskvaya konsert vermək üçün gedən türkiyəli müğənni Petek Dinçöz qiyamla üz-üzə qalıb.

Asayis.Az xəbər verir ki, o, sosial media hesabından səhhəti ilə bağlı açıqlama verib. İfaçı internetə çıxış olmadığına görə heç kimlə əlaqə yarada bilmədiyini və vəziyyətlərinin yaxşı olduğunu deyib.

“Saatlarla bizdən xəbər ala bilməyən ailəmizə, əzizlərimizə, hörmətli mətbuat mənsublarına Moskvadakı duruma görə gec də olsa, məlumat vermək istəyirəm. Həyat yoldaşım, vizajist, köməkçim və mən şənbə günü səhər tezdən Moskvaya uçduq. Aylar əvvəl razılaşdırılan toy üçün otelə gedərkən çevriliş cəhdi olduğunu öyrəndik. Bütün günü internet və telefondan istifadə etmək mümkün olmadı”, - müğənni bildirib.

Dinçöz axşam saatlarında İstanbula dönəcəyini əlavə edib.//Sfera.az


15:59 - 25 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin