Meyxanaçı Rövşən Binəqədili bir neçə gündür, sosial şəbəkələrin gündəmindədir. Meyxanaçının Rusiyada baş verənlərlə də bağlı meyxana yazacağı iddia olunur. Sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gələn Binəqədili yazdığı meyxanaların söz yığını olmasına, hər şeyə meyxana qoşduğuna görə linç edilir...
Asayis.Az xəbər verir ki, R.Binəqədili açıqlamasında haqqında səsləndirilənlərə belə cavab verib:
“Rusiya ilə bağlı meyxana yazmaq fikrim yoxdur, yalan xəbərdir. Vallah, nə bilim, yəqin, bunu reklam “tutmaq” üçün edirlər. Mən ancaq vətən mövzusunda meyxanalar yazıram. Başqa mövzuda yazmaq fikrim yoxdur...”
Pravda.az-a