"Vaqner" özəl hərbi şirkətinin bütün hərbi texnikası və şəxsi heyəti dünən şirkətin rəhbəri Yevgeni Priqojinin başçılığı altında Rusiyada baş vermiş hərbi qiyam zamanı nəzarətə aldığı əraziləri tərk edib.
Asayis.Az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, “Vaqner” özəl hərbi şirkətinin hərbçiləri Rostov, Voronej, Lipetsk vilayətləreində və digər ərazilərdəki mövqelərini tərk edib.
Hazırda həmin ərazilərdə dünən tətbiq edilmiş məhdudiyyətlər tədricən aradan qaldırılır.//APA