Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Asayis.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Ərdoğanı ölkədə baş verənlərlə bağlı məlumatlandırıb.
Öz növbəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyanı dəstəklədiyini ifadə edib.
Rusiyanın dövlət başçısı Putin isə "Vaqner"çilərin üsyanına qarşı Ərdoğandan tam dəstək aldığını söyləyib.