"Hazırda Rusiyada baş verənlər Kremldən gələn sifarişdir" - Fuad Abbasov

"Vaqner"in rəhbəri Priqojinin Rusiyada qiyam edə biləcəyi çoxdan gözlənilirdi. Bu, hərbi ekspertlər tərəfindən də deyilirdi. Çünki Priqojinın əlində təsəvvür edilməyən qədər güc birləşmişdi".

Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Fuad Abbasov deyib. 

Onun sözlərinə görə, bu güc Priqojin sərhədlərini aşırdı:

"Bugünkü gündə Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı çıxması əlbəttə ki, çox ciddi şəkildə Rusiyada vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər. Amma bir az dərindən fikirləşəndə başa düşmək olar ki, bütün bunlar Kremldə alınmış olan qərardır. Yəni, Kremldən gələn sifarişdir. 

Fikrimcə, Ukraynada davam etməkdə olan müvəffəqiyyətsiz, uğursuz hərbi əməliyyatların günahkarı axtarılır. Putinin Rusiyada müqəddəs insan kimi qərarları verməsinə baxmayaraq, onu günahkar saymaq mümkün deyil. Bu gün hərbi generallar Putini aldadırlar, pulları alırlar, xərcləyirlər, özlərinə saraylar tikirlər, əsgərləri öldürürlər. Nəticəsi də sıfıra bərabərdir. 

Yəni müharibənin gedişatı, bu gedişatının səbəbkarı, günahkarı axtarışlarında belə bir ssenari ortaya çıxdı. Priqojin əlbəttə ki, hakimiyyətə gələcək potensialda olan insan deyil. Lazım olarsa, hətta məhv edilə bilər. Amma əsas olan odur ki, bütün dünya ictimaiyyətinə, başlıca olaraq Rusiya ictimaiyyətinə əli silah tutan insanların inandığı bir lider belə bir müraciət etdi və bu müraciəti indi milyonlarla adam izləyir, hər kəs bunu şərh edib. Görəsən bunun axırı nə olacaq? 

Şəxsən mənim fikrimcə, bu, müharibənin günahkarını axtarmaq və müharibədən, "sudan quru çıxmaq" misalı kimi müharibədən ən az ziyanla çıxmaq cəhdlərinin bir parçasıdır".
 

Demokrat.az

16:00 - 24 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin