Ermənistanla sərhəddəki Coğaz çayına selin gəlməsi Qazax şəhərinin giriş hissəsində yaşayış evlərinə və obyektlərə zərər verib.
Belə ki, rayonun şimal-qərb istiqamətindən gələn sel suları ilk olaraq Məzəm gölündə, daha sonra Abbasbəyli gölündə artıma səbəb olub. Nəticədə Coğaz çayında suyun çoxalması çayı məcrasından çıxarıb.
Sel rayon ərazisində heyvan bazarını, eləcə də avtomobillərin təmir sexlərini su altında qoyub. Təmir sexlərində olan bir neçə avtomobil də su altında qalıb.
Rayon Fövqəladə Hallar Komissiyası tədbirlərə başlayıb, texnika vasitəsilə iri kanallar çəkilərək sel sularının yaşayış məntəqəsinə girişinin qarşısı alınıb. Eləcə də Heydər Əliyev adına parkın sol sahilində suyun kəskin artması Diaqnostika Mərkəzini də sel təhlükəsi altında qoyub. Ərazidə işləyən texnika vasitəsilə görülən işlər nəticəsində mərkəz subasmadan xilas edilib.
Ətraflı Baku TV-nin süjetində:
ı Baku TV-nin süjetində:
VİDEO