“Rusiya daxilində üsyana hazırlıq görülür”.
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Onun sözlərinə görə, ordu komandirləri ilə gecə əlaqə saxlayıb.
“Bizi zəiflədə bilən hər şeyə qarşı mübarizə aparmalıyıq. Üsyançılar Rusiyanı məğlubiyyətə aparmaq istəyirlər”, - dövlət başçısı söyləyib.
O bildirib ki, üsyançılara qarşı sərt tədbirlər görülür: "Bu üsyan ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir".
V. Putinin sözlərinə görə, Rusiya bu xəyanətə sərt cavab verəcək: “Üsyançılar cəzaya məruz qalacaqlar. Bu, qaçılmazdır”.
Dövlət başçısı ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyinə söz verib.//Report