“Vaqner”-in rəhbəri Yevgeni Priqojin Rostov-na-Donuda Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.
Asayis.Az xəbər verir ki, iyunun 24-də səhər saatlarında “Vaqner”in teleqram kanalında görüşlə bağlı video yayılıb.
Priqojin söhbətində bildirib ki, Vaqner Baş Qərargah rəisi Valeri Gerasimovu və müdafiə naziri Sergey Şoyqunu “təhvil alana qədər” muzdlular Rostov şəhərini blokadaya alacaqlar və “Moskvaya gedəcəklər”.
Videonun Cənub Hərbi Dairəsinin qərargahında lentə alındığı iddia edilir.//Azpostinfo