Priqojin Rusiya müdafiə nazirinin müavini ilə görüşdü, tələblərini açıqladı - FOTO

 Priqojin Rusiya müdafiə nazirinin müavini ilə görüşdü, tələblərini açıqladı - FOTO

“Vaqner”-in rəhbəri Yevgeni Priqojin Rostov-na-Donuda Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.
Asayis.Az xəbər verir ki, iyunun 24-də səhər saatlarında “Vaqner”in teleqram kanalında görüşlə bağlı video yayılıb.

Priqojin söhbətində bildirib ki, Vaqner Baş Qərargah rəisi Valeri Gerasimovu və müdafiə naziri Sergey Şoyqunu “təhvil alana qədər” muzdlular Rostov şəhərini blokadaya alacaqlar və “Moskvaya gedəcəklər”.

Videonun Cənub Hərbi Dairəsinin qərargahında lentə alındığı iddia edilir.//Azpostinfo

10:53 - 24 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin