Sosial şəbəkələrdə Yevgeni Priqojinin adından Müdafiə Nazirliyi tərəfindən “Vaqner”in hissələrinə qarşı raket və bomba hücumları ilə bağlı yayılan bütün məlumatlar həqiqətə uyğun deyil, bu, informasiya təxribatıdır”.
Asayis.Az RİA-ya istinadən bildirir ki, bu barədə FTX məlumat yayıb.
“Biz “Vaqner” döyüşçülərini düzəlməz səhvlərə yol verməməyə, Rusiya xalqına qarşı hər hansı zorakı hərəkətləri dayandırmağa, Priqojinin cinayətkar və xəyanətkar əmrlərini yerinə yetirməməyə, onun saxlanılması üçün tədbirlər görməyə çağırırıq”, – FTX-nın açıqlamasında bildirilib.
DSP qeyd edib ki, Priqojinin bəyanatları və hərəkətləri əslində Rusiya ərazisində silahlı vətəndaş qarşıdurmasının başlamasına çağırışdır və Ukrayna ordusuna qarşı döyüşən rus hərbçilərinin kürəyinə vurulan bıçaq zərbəsidir.