Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Asayis.Az xəbər verir ki, avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Kazımov Sahib Rasim oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır. Qeyd edək ki, xəsarət alan şəxs polis əməkdaşıdır.//Report