Miqrant qayıqları batdı - 152 nəfər dənizə düşdü

 Miqrant qayıqları batdı - 152 nəfər dənizə düşdü

Tunisin Sfaks sahillərində qeyri-qanuni miqrantları daşıyan 3 qayıq batıb. 
Asayis.Az 
xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, qayığların batması nəticəsində 2-si körpə olmaqla 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. 

Dənizə düşən digər 152 nəfər isə xilas edilib.

Qeyd edək ki, axtarış-xilasetmə işləri davam etdirilir.

17:19 - 23 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin