Qızıl qiymətinə tortu kim sifariş edib?

 Qızıl qiymətinə tortu kim sifariş edib?

"Mən 20-25 min manatlıq tort görməmişəm”.

Asayis.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev imkanlı şəxslərin toylarına sifariş edilən 20-25 min manata ərsəyə gələn tortlarım qiymətindən danışarkən deyib.

Sənətçi məclislərdə bu qiymətə tort sifariş edilməsini ilk dəfə eşitdiyini vurğulayıb: "Çox məclislərdə olmuşam, amma bu qiymətə tort nə eşitmişəm, nə də görmüşəm”.

Şairə, xınayaxdı mərasimlərinin aparıcısı Nazilə Səfərli onun oğlunun toy məclisində kəsilən tortun qiymətini açıqlayıb: "Tort 7 min manata hazırlanmışdı. "Happy day” şirkəti hədiyyə etmişdi”.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər bəzi toylarda kəilən böyük tortların qiymətini açıqlayıb. O bildirib ki, tortun qiyməti ilə bağlı siyahıya baxıb:

"O gün toy siyahısına baxıram. Varlı adamların toyundakı tortların qiyməti 20-25  min manatdır. Bu qiymətə tort olar? 2 kiloqram qızılın qiymətidir. İsrafçılıqdır”.

15:19 - 23 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin