“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir: “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.
Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid edib: “Onlar niyə hiss etməyib ki, Gədəbəydə belə təxribat hazırlanır?! Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?! Hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar. Bu yolverilməzdir. Polis ölkənin onurğa sütunudur”./APA