“Verilişlərə antipatiyam var”. Asayis.Az Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə “Həmin Zaur” proqramında deyib.
İfaçı bir zamanlar proqramlarda çox linç edildiyini dilə gətirib: “Vaxtilə çox basqılar olub, onun travmalarıdır. Efirlərə çağırırdılar, o qədər hadisələr baş verirdi ki… Onun təsiridir. Çağırırdılar, “vurur”dular. Verilişlərə gec çıxmağımın bir qismi də bununla bağlıdır”.