Prezident Dövlət Neft Fondunun büdcəsi ilə bağlı Sərəncam İMZALADI

 Prezident Dövlət Neft Fondunun büdcəsi ilə bağlı Sərəncam İMZALADI

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.
 

Asayis.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla təsdiq edilib.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman da imzalayıb.

15:29 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin