“Kiyev ötən il münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın neytrallığı və təhlükəsizliyinə dair müqavilənin bağlanmasına yaxın idi. lakin bu qərar Ukraynanın Qərbdəki kuratorlarını qane eləmədi. Onlar qəsdən danışıqlar prosesini pozdular”.
Azpost.info bildirir ki, bu barədə TASS-a Rusiya Prezidentinin köməkçisi, Ukrayna ilə ötənilki danışıqlarda nümayəndə heyətinin başçısı olmuş Vladimir Medinski Yekaterinburqa işgüzar səfəri zamanı deyib.
“Rusiya sözdə deyil, əməldə sülh yolu ilə həllə hazır idi. Kiyev də belə bir qərara yaxın idi. Lakin belə bir qərar Ukraynanın Qərbdəki kuratorlarını qətiyyən qane etmirdi. Onlar qəsdən danışıqlar prosesini pozdular”.
Medinsiki neytrallıq və təhlükəsizlik zəmanətləri haqqında Ukrayna nümayəndə heyəti tərəfindən İstanbulda paraflanmış Müqavilənin detallarını açıqlamağa ehtiyac görməyib.
Medinski bildirib ki, Ukrayna nümayəndə heyəti hər addımı Qərblə əlaqələndirdiyini gizlətməyib. Ona görə də bu sənəd heç də Qərb üçün yenilik deyil: “Düşünmürəm ki, indi əlavə nəyisə açıqlamağa ehtiyac var. Sənəd məxfidir, Kiyevin əlində də tam eyni mətn var. Bu isə bizim heç nə uydurmadığımızın zəmanətidir”.
Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin nümayəndə heyəti ilə danışıqlarda ötən il İstanbulda aparılan danışıqlar zamanı Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış müqaviləni nümayiş etdirib. Bu sənəddə Böyük Britaniya, Çin, ABŞ, Türkiyə, Fransa və Belarus Ukraynanın təhlükəsizliyinə qarant kimi göstərilib.