Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub.
Asayis.Az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.
Qriqoryan qeyd edib ki, bu, artıq konkret razılaşmadır və tərəflərə işlərin hansı istiqamətdə görüləcəyi aydındır.
"Həmçinin, hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır", o deyib./APA