Sinqapurda robot polislər hava limanında fəaliyyətə başlayıb

 Sinqapurda robot polislər hava limanında fəaliyyətə başlayıb

Sinqapurda robot polislər fəaliyyətə başlayıb. Asayis.Az xəbər verir ki, robotlar 5 illik sınaqdan sonra Sinqapur Polis Qüvvələrinə qoşulublar.

Hazırda robot polislər Sinqapur Hava Limanında fəaliyyət göstərirlər.

Sərnişinlər deyirlər ki, təxminən 2 metr hündürlüyü olan robotlara “diqqət etməmək çətindir” və onlar “Qara Güzgü” serialının reallaşdığı hissini oyadırlar.

Sinqapur polisi isə bildirib ki, robotlar aprel ayından terminalda yaxşı iş ortaya qoyublar, ona görə də bu polislər yaxında mərhələli olaraq 5 milyondan çox əhalisi olan ölkənin hər yerinə yerləşdiriləcəklər.

Xatırladaq ki, Sinqapurda daha öncə də koronavirus zamanı hava limanında sosial məsafə qaydalarına nəzarət etmək üçün robot itlərdən istifadə edilmişdi.

16:29 - 20 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin