Naxçıvanla sərhəddə tikilən zavodda ABŞ bayrağı qaldırılır - Erməni hiyləgərliyi

 Naxçıvanla sərhəddə tikilən zavodda ABŞ bayrağı qaldırılır - Erməni hiyləgərliyi

Ermənistan Naxçıvanla sərhəddə tikdiyi metallurgiya zavodunda qəribə addım atıb. Sabah zavodda ABŞ bayrağı qaldırılacaq. 
Asayis.Az bildirir ki, GTB Steel şirkətinin təsisçiləri bu qərarı qəbul ediblər. Bu barədə NEWS.am-a şirkətin mətbuat xidmətindən məlumat verilib. Bayraq qaldırma mərasimi iyunun 20-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Arazdəyən kəndi yaxınlığında bu zavodun tikilməsinə etiraz edib. Beynəlxalq konvensiyaya əsasən ekoloji təhlükə yarada biləcək müəssələrin tikilməsi qonşu ölkələrlə razılaşdırılmalıdır.

Bununla bağlı Bakı rəsmi narazalığını XİN vasitəsilə bəyan edib.


Azpost.info

10:29 - 20 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin