"Biz bugünədək ermənilərə çox humanistcəsinə yanaşmışıq. Onlar heç vaxt tutduqları məkrli siyasətdən, terrorist təxəyüllü fikirlərdən əl çəkən deyillər. Çünki “Böyük Ermənistan” iddiasında yaşamaları bunlara dinc yaşamağa imkan vermir. Ona görə də düşünürəm ki, bu günə qədər aparılan siyasətin və görüşlərin heç bir əhəmiyyəti yoxdur”.
Bu fikirləri Asayis.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri bildirib ki, bizim yeganə bir yolumuz var, o da yolları tam bağlamaqdır:
“Xankəndində olanlara isə axırıncı dəfə ultimatum verilməlidir ki, ya bizlə yaşayırsınız yaşayın, yaşamırsınız cəhənnəm olun gedin!
Hesab edirəm ki, yenidən antiterror əməliyyatı aparılmalıdır və həmin antiterror əməliyyatı nəticəsində oradakı olan separatçıların Azərbaycanda cəzası verilməlidir.
Son günlər görürürk ki, erməni dığası Paşinyan yalançı ifadələr verir, aldadıcı manevrlər edir. Bütün bunlar onu göstərir ki, ruslar onları bütün bu proseslərdən çəkindirir. Rusiyanın Azərbaycanda güya sülhməramlı adına yerləşdirilmiş ordusu dayanır. Onlar nə qədər ki, ordadır, heç vaxt Azərbaycan torpaqlarında əmin-amanlıq olmayacaq.
Ümumiyyətlə, artıq Xankəndində yenidənqurma işlərinə başlamalıyıq və insanları öz doğma torpaqlarına qaytarmalıyıq. Orada yaşamaq istəməyən ermənilərin hamısını isə avtobuslara doldurub dərənin o tərəfinə tökmək lazımdır.
Hesab edirəm ki, Azərbaycan artıq antiterror əməliyyatına başlamalıdır".
Demokrat.az
