İsti hava 98 nəfərin həyatına son qoydu

 İsti hava 98 nəfərin həyatına son qoydu

Hindistanda son iki gündə davam edən istilər azı 98 nəfərin ölümünə səbəb olub.

Asayis.Az 
xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata əsasən, həyatını itirənlərin əksəriyyətinin 60 yaşdan yuxarı olduğu açıqlansa da, həftəsonu yüzlərlə insan xəstəxanalara isti vurması şikayəti ilə müraciət edib.

Ölkədəki vəziyyətin ciddiliyi ilə əlaqədar tibb işçilərinin icazələri ləğv edilib və xəstəxanalara əlavə çarpayılar göndərilib.

Qeyd edək ki, baş verən ölümlərdən sonra səlahiyyətlilər 60 yaşdan yuxarı insanlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.

 

12:45 - 19 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin