“Nüvə silahlarının ilk partiyası Belarusa çatdırılıb”

 “Nüvə silahlarının ilk partiyası Belarusa çatdırılıb”

“Nüvə silahlarının ilk partiyası artıq Belarusa çatdırılıb”.

Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Bu, yalnız birinci hissədir. Biz ilin sonuna kimi tapşırığı yerinə yetirəcəyik", -  deyə Putin bildirib.

Qeyd edək ki, iyunun 13-də Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın Minski Xirosima və Naqasakidən üç dəfə güclü nüvə silahı ilə təmin etdiyini qeyd edib.

10:12 - 17 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin