Türkiyədə 24 yaşlı vəkil güllələnib.
Asayis.Az xəbər verir ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib.
Belə ki, 24 yaşlı qadın vəkil sevgilisi tərəfindən öz evində güllələnərək öldürülüb.
Cinayətkar polisə zəng edərək sevgilisinin intihar etdiyini desə də araşdırmalar zamanı qadının güllələndiyi məlum olub.
Şübhəli dərhal polis tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.