Bir neçə gün öncə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının liderləri tərəfindən LGBT təbliğatı aparmaqda günahlandırılan "McDonald's Georgia" şirkəti üzrə istəyib.
Asayis.Az xəbər verir ki, Şirkət uşaqlar üçün nəzərdə tutulmuş “Happy Meal” menyusuna Britaniyalı müğənni Elton Con və həyat yoldaşı barəsində broşur əlavə edib. Broşurda öz həmcinsi ilə evlənmiş müğənninin iki oğlu ilə birlikdə hər zaman arzuladığı həyatı yaşadığı qeyd olunub.
Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski "McDonald's Georgia"nın addımının utanc verici olduğunu deyib. Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze isə qeyd edib ki, bu mövzuya uşaq yaşlarından məruz qalmaq gələcək nəsillər üçün zərərlidir.
“Bir uşağın LGBT hüquqlarını iki, üç, yeddi və ya on yaşında müdafiə etməyi öyrənməsinə ehtiyac yoxdur, lakin bu mövzu yeridilir və bu, iyrəncdir”, - Mdinaradze deyib. "McDonald's Georgia" şirkəti bu gün yaydığı bəyanatında kitabın lisenziya əsasında tərcümə edildiyini, dünyanın digər ölkələrində təqdim edilən kitabla eyni olduğunu, bu səbəbdən də ona hər hansı bir dəyişikliyin mümkün olmadığı bildirilib.
Bəyanatda "McDonald's Georgia" şirkətinin səhvini qəbul etdiyi və üzr istədiyi qeyd olunub./APA