“Təxribat tapşırığını verən Rusiyadır” - Laçın postunda gərginlik

 “Təxribat tapşırığını verən Rusiyadır” - Laçın postunda gərginlik

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə və Qarabağ bölgəsində təxribatları davam edir. Bu təxribatlar Rusiya tərəfindən verilən tapşırıqdır".
Asayis.Az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O əlavə edib: "Rusiya sadəcə olaraq danışıqlar prosesini dalana dirəmək istəyir. Bu, onun birbaşa maraqlarına cavab verən hadisələrdir. Nə qədər ki, tərəflər arasında gərginlik yaşanacaq Rusiya bir o qədər də bölgədə varlığının guya vacib olduğunu qabardacaq.

Əsas məsələ budur, yoxsa Ermənistan Zəngilanı artilleriya atəşinə tutmaqla guya oranı ovcuna keçirəcək?! Bu, Ermənistan üçün heç bir perspektivi olmayan toqquşmalardır. Bir əsgərimizi yaraladılar, 2 əsgərini də itirdilər.

Bundan sonra təxribatlarını davam etdirəcəksə, Azərbaycan lazımi cavab tədbirlərini görəcək. İndi sərhəd-buraxılış məntəqəsi, müvəqqəti də olsa, bağlanıb. Sərhəd Xidməti tələb irəli sürüb ki, Azərbaycan əsgərinə atəş açan adamlar müəyyənləşdirilsin və onlar cəzalandırılsın. Yalnız bundan sonra sərhəd-buraxılış məntəqəsi öz fəaliyyətini bərpa edəcək.

Məqsəd sadəcə olaraq tərəflər arasında gərginliyin daha da dərinləşməsi, Moskva meydanından kənar - Brüssel, Vaşinqton, Praqa platformalarında görüşlərin baş tutmamasıdır".

Ekspertin sözlərinə görə, bu cür təxribatlar davam edərsə, Azərbaycan antiterror əməliyyatının həyata keçirilməsinə məcbur olacaq:

"Vəziyyət pisləşərsə, Azərbaycan hərəkətə keçəcək. Bu, mənim şəxsi fikrimdir. Antiterror əməliyyatı olmazsa, nə seperatçılar, nə də onlara havadarlıq edənlər silahlarını yerə qoyacaq".

15:23 - 16 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin