"Önəmli olan canımızın sağ olmasıdır. Amma mənim o evdə bütün gəncliyim yandı, onlara verəcək 5 qəpiyim də yoxdur".
Asayis.Az xəbər verir ki, bu sözləri məhşur müğənni İbrahim Tatlısəs evinin yanması ilə bağlı danışarkən deyib.
Bir neçə ay əvvəl İzmirdə naməlum səbəbdən baş verən yanğında 71 yaşlı müğənninin də evi külə çevrilmişdi.
Məsələ ilə bağlı danışan İbrahim Tatlısəs narazılığını bildirib:
"Hərkəsə keçmiş olsun. Təkcə evimiz yansa yaxşı idi, amma mənim bütün gəncliyim yandı. 45 il ərzində aldığım bütün dəyərli mükafatlarım yandı. Yanğının səbəbkarı onlar olduğu halda hələ də bizdən necə pul qoparacaqlarını düşünürlər. Onlara verəcək 5 qəpiyim də yoxdur".