Türkiyədə raket fabrikində partlayış - 5 nəfər ölüb - FOTO

 Türkiyədə raket fabrikində partlayış - 5 nəfər ölüb - FOTO

Türkiyədə, paytaxt Ankaranın Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə güclü yanğın baş verib.

Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində 5 nəfər həyatını itirib.

Bildirilib ki, müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur.

Məlumata görə, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.

Hadisə yerinə xilasedicilər, yanğın söndürənlər, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri araşdırılır.

12:40 - 10 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin