Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.
Asayis.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada İngiltərə təmsilçisi "Mançester Siti" və İtaliyanın "İnter" komandası üz-üzə gələcək.
Qarşılaşmanı polşalı hakim Şimon Marçiniak idarə edəcək.
UEFA Atatürk Olimpiya Stadionunda keçiriləcək finalı təxminən 72 min azarkeşin canlı izləyəcəyini açıqlayıb.
Həlledici oyun bu gün, Bakı vaxtilə saat 23:00-da oynanılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.