Oğul anasını və bacısını təhqir edən qohumunu BIÇAQLADI

 Oğul anasını və bacısını təhqir edən qohumunu BIÇAQLADI

Bakının Xətai rayonunda 1989-cu il təvəllüdlü Mübariz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşının dayısı oğlu Vüqara (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin avqustun 19-da Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 

Mübariz əvvəlcədən görüşə çağırdığı qohumu Vüqarı idarə etdiyi “BMW” markalı avtomobilin içərisində bıçaqla vurub. 

Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, həyat yoldaşı, övladı, atası, anası və bacısı ilə birlikdə Hökməli qəsəbəsində yaşayır: 

“Zərərçəkmiş Vüqar həyat yoldaşımın dayısı oğludur. Avqustun 17-də, axşam saatlarında işdən çıxaraq evə qayıdan zaman avtobusda olarkən Vüqarın bacısı Səlimə mənə zəng etdi və bacım Samirədən şikayət etdi. O, öz qardaşı Vüqarın bibisigilə getməsi, mənim bacım Samirənin gələrəjk orada Vüqara “sənin burda nə işin var” deməsi, mübahisə etmələrini dedi. Həmin vaxt avtobusda olduğum üçün danışa bilmədim və məsələnin nədən ibarət olduğunu başa düşmədim. Evə çatdıqda bacım Samirədən məsələ barədə maraqlanmağa çalışdım. Bacım mənə avtobusda olarkən Vüqarın evimizə getdiyini görməsini, arvadım Xumara zəng edərək Vüqarın evimizdə olub-olmadığını soruşmasını, Xumarın isə Vüqarın orada olmamasını deməsini bildirdi. Bacım daha sonra avtobusdan düşərək taksiyə mindi və Qobu qəsəbəsində yaşayan qaynanasıgilə getdi. Bacım qaynanasıgilə içəri girəndə Vüqarın həyətdə oturduğunu görüb. Həmin vaxt Vüqardan başqa həyat yoldaşım Samirə və övladım da orada olub. Bacım həmin vaxt Vüqara “sənin burda nə işin var, görmürsən evdə təkcə Samirə ilə uşaqdır, başqa heç kəs yoxdur, qardaşımın belə şeydən xoşu gəlməz” deyə bildirib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, axşam saatlarında bacısına zəng gəlib: 

“Zəng edən Vüqarın bacısı olub. Onlar telefonda mübahisə etməyə və sonra bir-birlərini təhqir etməyə başlayıblar. Mən isə qadın olduqlarına, öz aralarında yoluna qoyacaqlarına ümid etdiymnə görə müdaxilə etmədim. Bir az keçdikdən sonra Vüqar anama  zəng etdi, anamı təhqir etdi. Anamın və bacımın ünvanına söyüşlər, nalayiq sözlər söylədi. Mən səhər olanda “Memar Əcəmi” metrostansiyası yaxınlığına getdim və Vüqara zəng edərək, hansı əsasla anam və bacımın söyməsini aydınlaşdırmaq üçün görüşməyi təklif etdim. Vüqar axşam işdən çıxandan sonra görüşməyi dedi. Biz telefonda bir az mübahisə etdik. Bir-birimizə təhqirlər söylədik. Daha sonra Vüqar məni söhbət etmək üçün yaşadığı evin arxa tərəfinə çağırdı. Mən Vüqarın dediyi ünvana getdim. Orada olarkən Vüqar idarə etdiyi avtomobilinin içərisindən mənə səslənərək avtomobilə əyləşməyimi istədi. Mən isə Vüqara avtomobilə əyləşmək istəmədiyimi dedim,  onun avtomobildən düşməyini təklif etdim. Vüqar bir neçə dəfə israr etdikdən sonra avtomobilin sağ ön tərəfində əyləşdim. Vüqar söhbət etmək üçün başqa yerə gedəcəyimizi bildirdi. Yol gedərkən söhbətə başladıq. Vüqar mənə “sənin bacın mənə niyə “o..aş” deyib, mənim “o..aşlığımı” görübmü ki, mənə o sözü deyir” deyə bildirdi. Mən də “o, qadındır, o sözü deyir deyə, sən də mənim anamı, bacımı o cür nalayiq sözlərlə söyməlisənmi?” cavabını verdim. Sonra Vüqara maşını kənara çəkib saxlamasını söylədim. Vüqar maşını saxladıqdan sonra ona “sən hansı haqla mənim anamı və bacımı söyürsən” dedim. Hər ehtimala qarşı evdən çıxmadan öncə özüm ilə mətbəxdən götürdüyüm bıçağı çıxardım və Vüqarın qarın nahiyəsinin sağ hissəsinə bıçaqla bir dəfə zərbə vurdum. Vüqara bir dəfə bıçaqla zərbə vurduqdan sonra avtomobildən düşmək istəsəm də, Vüqar mənim yenə vuracağından ehtiyat etdi, sol qolumdan tutdu və mənə müqavimət göstərməyə başladı. Mən Vüqarı itələyib avtomobilin qapısını açaraq düşdüm. Sonbra oradan uzaqlaşmağa başladım. Avtomobildən düşərkən Vüqat məni təhqir etməyə davam etdiyini eşitsəm də, mübahisəni davam etdirməmək üçün oradan uzaqlaşdım”. 

Mübariz bildirib ki, hadisə yerindən təxminən 30 metr aralandıqdan sonra həmin bıçağı yerə atıb: “Yolda olarkən arvadım və bacıma zəng etdim, hadisəni danışdım, polisə təslim olmağa getdiyimi bildirdim. Onlardan hadisə yerinə təcili tibbi yardım çağırmaqlarını istədim. Bundan sonra əsas yola çıxdım və yaxınlıqda olan polis bölməsinə getdim, törətdiyi əməli etiraf etdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübarizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 

Ona 2 il sınaq olmaqla 3 il 6 ay şərti cəza verilib. 


Demokrat.az

13:11 - 9 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin