İran Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açdı
İran 7 ildən sonra Səudiyyə Ərəbistanındakı səfirliyini yenidən açıb.
Asayis.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, İki ölkənin çoxlu diplomat və rəsmilərinin qatıldığı açılış mərasimi səfirlik binasında keçirilib.
İran xarici işlər nazirinin müavini Əli Rıza Bikdeli mərasimdə çıxış edib.
O bildirib ki, İran və Səudiyyə Ərəbistanı münasibətlərində mühüm bir günə şahidlik edir:
"Ümid edirik ki, region sabitlik, firavanlıq və inkişaf adına güclü əməkdaşlığa doğru irəliləyəcək. Diplomatiya ölkələr arasında əlaqələri inkişaf etdirmək üçün ən yaxşı ünsiyyət üsuludur".