Üç yaşlı uşaq ilanı dişləyərək öldürüb

 Üç yaşlı uşaq ilanı dişləyərək öldürüb

Hindistanda 3 yaşlı uşaq ilanı ağzı ilə çeynəyərək öldürüb.

Asayis.Az xəbər verir ki, Fərruxabad rayonunun kəndlərindən birində yaşayan 3 yaşlı Ayuş adlı uşaq evin qarşısında oynayarkən qışqırmağa başlayıb. Qışqırıqları eşidən nənəsi çölə çıxıb və uşağın ağzında balaca ilanı çeynədiyini, ilanın isə uşağın ağzından asıldığını görüb.

Nənə ilanı uşağın ağzından tez çıxardığını bildirib. Daha sonra uşağın xəstəxanaya aparıldığı bildirilib. Ana və ata vəziyyəti həkimlərə daha yaxşı başa salmaq üçün ilanı çantaya qoyub özləri ilə xəstəxanaya gətiriblər. İlanın zəhərli olmadığını deyən həkimlər 24 saat nəzarətdə saxlanılan uşağın vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

13:10 - 7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin