"ABŞ-la müharibə etmək fəlakətə bərabərdir" - Çinin müdafiə naziri

"ABŞ və Çin arasında müharibə baş verərsə, bunun dözülməz fəlakətə bərabər olacağını hər kəs bilir".

Asayis.Az 
xəbər verir ki, bu sözləri Sinqapurda keçirilən təhlükəsizlik sammitində çıxış edən Çinin müdafiə naziri Li Şanqfu deyib.

O bildirib ki, Asiya-Sakit okean regionunda NATO-ya bənzər ittifaqlar gərginliyə səbəb ola bilər:

"Dünya həm Çin, həm də ABŞ üçün kifayət qədər böyükdür. Ölkələr gərginlik yaratmaq yerinə ortaq nöqtələr axtarmalıdır. İki ölkə arasında müharibə baş verərsə, bu fəlakətlə nəticələnəcək".

Qeyd edək ki, son günlər Tayvan adası sahillərində ABŞ və Çin hərbi gəmiləri arasında yenidən gərginlik yaranıb.
 

Demokrat.az

16:23 - 6 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin