“Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...” - Kənan MM

 “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...” - Kənan MM

Mədəniyyət Nazirliyi tanınmış rejissor, aktyor Kənan MM-in (Mahmudov) film çəkilişi üçün müraciətlərinə hələ də heç bir cavab verməyib.

Asayis.Az xəbər verir ki, bu barədə Kənan MM müsahibəsində deyib.

“Nazirlikdə məni rəsmi olaraq heç kim tanımır. Buna görə də 22 ildir, heç kim mənə reaksiya vermir. Bundan sonra da rekasiya verməyəcəklərinə adım kimi əminəm. Artıq bununla barışmışam. Edəcək bir şey yoxdur. Kaş ki, bəzi sənətçilərimiz başqa ölkədə yaşayıb-yaratsaydılar...”, - o bildirib.

Xatırlatma: Kənan MM ötən ay sosial şəbəkə hesabında mədəniyyət nazirinə müraciət edərək belə yazmışdı: “Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır".

 

Pravda.az

15:51 - 6 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin