Asayis.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.
"Bu, qətiyyən raket zərbəsi deyil. Bu, hətta zərərin xarakterindən, bəndin özünün görünüşündən də aydın olür. Partlayış içəridən baş verdiyi görünür", - Qumenyuk bildirib.
Xatırladaq ki, iyunun 6-da Rusiya Kaxovka su elektrik stansiyasının bəndini dağıdıb.
Ukrayna Prezidenti Vladimir Zelenski artıq Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb. Prezident Aparatının rəhbəri AndrEy Yermak Kaxovka SES-in bəndinin partlamasını ekoloji faciə adlandırıb.
“Ukrhidroenerji”dən verilən məlumata görə, işğalçılar tərəfindən partladılmış Kaxovka SES-i əvvəlki formada bərpa etmək mümkün deyil. Belə ki, stansiyadakı avadanlıqlar tamamilə sıradan çıxıb.
Potensial daşqın zonasında 80-ə yaxın yaşayış məntəqəsi var. Onların əksəriyyəti rusların nəzarətindədir. Yolların aşınması səbəbindən evakuasuya çətinləşib.
Bakupost.az