İsveç hökuməti terrora qarşı yeni qanunu təsdiqlədi - PKK-çılar qorxuya düşdü

 İsveç hökuməti terrora qarşı yeni qanunu təsdiqlədi - PKK-çılar qorxuya düşdü

Türkiyə ilə NATO-ya üzvlük danışıqlarından sonra hazırlanan terrora qarşı yeni qanunun qüvvəyə minməsi paytaxt Stokholmda PKK tərəfdarları tərəfindən etirazla qarşılanıb. 
Asayis.Az 
xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata əsasən, NATO üzvlüyünü gözləyən İsveçdə Finlandiyanın Türkiyə ilə danışıqlarından sonra hazırlanan yeni qanun iyunun 1-də qüvvəyə minib.

Sözügedən qanuna etiraz edən PKK-ya yaxın qruplar isə paytaxt Stokholmda aksiya keçiriblər. 

Təxminən min nəfərlik etirazçı NATO-nun və Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə şüarlar səsləndirib, PKK bayraqları asıblar. 
 

 

14:04 - 5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin