"Bıçaqla bir neçə dəfə vurdu, gördüm məni qan aparır" - Niyaməddin Musayev

Xalq artisti Niyaməddin Musayev "Zaurla günaydın" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı illər əvvəl Gəncədə başına gələn hadisədən danışıb. O, ruhi xəstə tərəfindən bıçaqlandığını bildirib:

"Hadisə 1986-cı ildə Gənəcədə olmuşdu. Solo konsertlərimin birində güllərin içində bıçağı gizlətmişdi. Ruhi xəstə idi. Səhnəyə gətirəndə bir neçə dəfə mənə vurdu. Mən də mikrafonla onu vurdum. Sarayın qapısını sındırıb qaçıb getdi. Gördüm məni qan aparır, vəziyyətim yaxşı deyil. Aləm qarışmışdı bir-birinə. Çıxdım bayıra, gördüm bir maşın var, sürücüyə dedim ki, məni xəstəxanaya apar. Xəstəxanaya çatana qədər ayaqlarımın altında qandan gölməçə əmələ gəlmişdi. Ora çatanda artıq huşumu itirmişdim. Əməliyyat olundum. Qaraciyər tərəfdən məni yaralamışdı. 14 gündən sonra məni təyyarə ilə Bakıya gətirdilər. Aylarla xəstəxanda qaldım. 10 dəfə qabırğamı kəsiblər.

Orada mənə bir kitab gətirmişdilər ki, oxu, istədiyin şeiri ifa edərsən. Məmməd Arazın kitabı idi. Vərəqləyəndə gördüm ki, yazılıb "Dünya sənin, dünya mənim". Şeiri oxudum, inanınkı başım fırlandı. Çox pis oldum, kövrəldim. Dedim, Allah mən dünyamı dəyişsəm balalarımı kim saxlayacaq? Elə stolun üstündə mahnını yazdım. Daha sonra Moskvada da əməliyyat keçirtdim". 

10:30 - 4 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin