Rusiya hərbçiləri Zaporojyeni atəşə tutdu: 2 nəfər həlak oldu, 4 nəfər yaralandı

 Rusiya hərbçiləri Zaporojyeni atəşə tutdu: 2 nəfər həlak oldu, 4 nəfər yaralandı

Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa kəndindəki çoxmərtəbəli binanı atəşə tutub.

Asayis.Az xəbər verir ki, bu barədə Zaporojye hərbi vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində 2 nəfər dinc sakin həlak olub, 4 mülki şəxs yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib./Report

16:48 - 2 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin