“Ən böyük günahım kişilərə olan sevgimdir”

 “Ən böyük günahım kişilərə olan sevgimdir”

Dünyaşöhrətli müğənni Madonnanın 26 yaşlı qızı Lurdes Leon “The Face” jurnalına müsahibə verib.

Asayis.Az xəbər verir ki, müğənni kişilərə sevgisinin onu işindən yayındırdığını etiraf edib. 

“Mənim ən böyük günahım kişilərə olan sevgimdir. Bu, əsl lənətdir. Əgər kişilərdən qaça bilsəydim, bunu edərdim, çünki fikrimi yayındırırlar”, - o deyib.

Leon əlavə edib ki, fikrini nədəsə cəmləşdirmək istəyəndə nəyin bahasına olursa olsun, kişilərdən uzaq dursun. Eyni zamanda qeyd edib ki, qadınlar onu heç cəlb etmir.

Qeyd edək ki, Lurdes Leon Madonnanın kubaəsilli aktyor və məşqçi Karlos Leondan olan qızıdır. O, anasının yolunu davam etdirərək musiqi karyerasını qurur, eyni zamanda model kimi fəaliyyət göstərir.

 





“Qafqazinfo”

14:22 - 2 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin