“Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir” - Şarl Mişel

 “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir” - Şarl Mişel

“Azərbaycan və Ermənistan liderlərinin bu gün baş tutacaq görüşü çox vacibdir”.
Asayis.Az 
xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısının açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü görüş çox mühümdür. Mənim bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanım olub”, - o bildirib.

Ş.Mişel danışıqlarda müəyyən irəliləyişlərin olduğunu söyləyib.

Avropa İttifaqı Şurasının Prezidenti ümid edir, Azərbaycan və Ermənistan liderləri arasında bugünkü görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi siyasi iradənin təsdiqlənməsi üçün fürsət olacaq. (report)

13:59 - 1 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin