“Azərbaycanda bahalı maşınları ancaq bar qızlarına alırlar” - Tolik

 “Azərbaycanda bahalı maşınları ancaq bar qızlarına alırlar” - Tolik

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən bir il işgəncələrə və şiddətə məruz qalması ölkə gündəmini silkələyib. Cütlük arasında baş verən qalmaqallı olaya teleaparıcı, prodüse Tarix Əliyev (Tolik) də münasibət bildirib.
Asayis.Az xəbər verir ki, o, bu haqda aparıcısı olduğu “Ümid ilə gəl” proqramında danışıb. Tolik modeli döyən Ziya Hüseynzadənin sərt şəkildə cəzalandırırlmasını tələb edib:

“Görün, qadını nə günə qoyub. Bu nə deməkdir?! Mən də bu qızı yaxından tanımıram, bir-iki dəfə görmüşəm. Bu qadını döyən oğlan nəyinə güvənir? Qıza 200 minlik maşın alıb deyə qızı bu günə qoyub? Qız öz səhifəsində yazır ki, məni döyürdü, sonra halsız bədənimi daşıyıb vannaya atırdı, orda üstümə soyuq su tökürdü ki, qanım təmizlənsin. Qızı döyən Ziya adlı gənc onu almaq istəyib. Qızın anası ilə danışanda qızın anası ona deyib ki, sən ailəlisən, qızımdan əl çək. O da deyir ki, yox, mənim ailəm sizin qızınızdır. Sonra oğlan deyir ki, guya bu qadın ondan əvvəl 12 dəfə abort olunub. Adama deyərlər, ay qardaş, sən Razi ilə muzeydə, kitabxanada, yoxsa hansısa mədəniyyət ocağında tanış olmuşdun? Razi cavan qızdır, kasıb təbəqə bunu bilməz, varlı təbəqə oğlanlar gecələr Bakının ən bahalı klublarında əylənirlər və bu qızlar da əylənməyə oraya gedirlər. Çünki onlar elit təbəqə sayılırlar. Sən qıza 230 minlik maşın almısan, bu maşını alanda, onu müxtəlif ölkələrdə gəzdirəndə qabaqkı taleyini bilmirdin? Bu gün bu qadını belə döyməyə görə minlərlə qadına sabah hansısa kişi maşın alacaqsa, basıb onu döyəcək. Bu adam cəzalanmalıdır, həbs olunmalıdır! Əgər bu qadın narkoman idisə, necə onu özünə xanım seçirdin? Mənə bir qadın göstərin ki, ərindən boşanıb və ona kimsə oturan yerdə lap 50 minlik maşın versin. Heç vaxt belə şey ola bilməz! Belə maşınlar ancaq gecə klublarında olan adamlara hədiyyə olunur”.


Yenisabah.az

12:52 - 1 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin