Cavan Zeynallı qızından imtina etdi

 Cavan Zeynallı qızından imtina etdi

Xalq artisti Cavan Zeynallı qızından imtina edib. 

Demokrat.az 
xəbər verir ki, cazmen bu haqda Lent.az-a müsahibəsində danışıb:

- Röya xanımla evliliyinizdən övladınız olmadı? 

- Yox. İstədik, alınmadı. Sonra biz də qəbul etdik. Görünür belə olmalıymış.

- Bildiyimə görə, sizin bir doğma balanız var. Adı Nataşadır. O haralardadır? 

- İndi onun 36 yaşı var. Finlandiyada yaşayır. Mən onun anası ilə Rusiyada tanış olmuşdum. O zaman Moskvada “İnturist” otelinin ən üst mərtəbəsində restoran var idi. Orda həm piano çalırdım, həm də oxuyurdum. Xanım özü yaxınlaşdı, tanış oduq, sonra məni ailəsi ilə də tanış etdi. Lakin biz evlənmədik. Birlikdə yaşayırdıq. Uşaq doğulacağını da bilmirdim. Bu mənə sürpriz oldu. Mən Bakıya gələndən sonra əlaqələr kəsildi. 

- Sonra heç axtarmadınız bir-birinizi? 

- Xanımla ara-bir zəngləşirdik. Bir dəfə bu yaxınlarda qızım zəng vurdu, dedi, “bu mənəm, Bakıya gəlmək istəyirəm”. Mən də dedim ki, Bakıda yoxam. 

- Amma Bakıda idiniz? 

- Hə. Görüşmək istəmədim.

- Röya xanım qızınızın olduğunu bilirdi? 

- Yox, heç vaxt onun varlığından xəbəri olmadı. Onların öz həyatı var idi, mənim öz həyatım. O xanım indi evlənib ailə qurub. Qızım fərqli tərbiyə alıb, müstəqil insandır. Bizi bir-birimizə bağlayan nəsə yoxdur. 

 

17:21 - 30 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin