Forbes 10 mart 2023-cü il tarixinə görə rusiyalı milyarderlərin ən zəngin varislərinin reytinqini dərc edib.
Asayis.Az xəbər verir ki, siyahıya “Lukoyl”un təsisçisi azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edir.
Bildirilib ki, onun mirası 20,5 milyard dollardır:
“Lukoyl”un ən böyük səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov uzun illərdir ki, ən varlı varisdir (20,5 milyard dollar)”.
Reytinqdə ikinci yeri “EuroChem”in təsisçisinin qızı ilə oğlu Tara və Adrian Melniçenko tutublar. Onların hər birinin mirası 12,5 milyard dollardır.
Üçüncü sıranı “Novatek” və “Sibur” şirkətlərinin əsas sahibi Leonid Mixelsonun övladları tutur. Onların hər birinin mirası 10,8 milyard dollardır.
On ən varlı varislər arasında NLMK polad şirkətinin sahibi Vladimir Lisinin övladları, “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenkonun varisləri, həmçinin “VKontakte” və “Telegram”ın qurucusu Pavel Durovun və başqalarının övladları da yer alıb