Ermənistanda qadın hərbçilərdən ibarət bölük üçün xüsusi kazarma tikilir.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan parlamentdə Müdafiə Komissiyasının iclasında deyib.
Papikyan qeyd edib ki, kazarma Ermənistan Müdafiə Nazirliyinin nəzdində olan təlim hərbi hissələrindən birində tikilir.
Nazir qeyd edib ki, 18-27 yaş arası qadınlar hərbi xidmət üçün müraciət edə bilər. Əvvəlcə qadınlardan ibarət batalyon, gələcəkdə isə alay yaradılacaq./APA