Qəzada polis əməkdaşı xəsarət alıb

 Qəzada polis əməkdaşı xəsarət alıb

İsmayıllı rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri - rayonun Rusan kənd sakini 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report

17:53 - 28 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin