Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu

 Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu

Bakıda zəncirvari qəza olub. “Lent.az” xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb. Toy karvanında olan 10-a yaxın avtomobil bir-birinə çırpılıb.

Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.

Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.

10:15 - 28 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin