Ermənistan diversantların adını açıqladı

 Ermənistan diversantların adını açıqladı

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinə keçən iki hərbçisinin adını açıqlayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu hərbçilər Harutyun Ovaqimyan və Karen Qazaryandır.

Qeyd edək ki, Azərbaycan DSX mayın 26-da axşam bir qrup erməni diversantının Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır./APA

 

15:17 - 27 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin