“Əsas ərazi bütövlüyünə dair razılıqdır, qalanları ikinci dərəcəlidir” - PUTİN

 “Əsas ərazi bütövlüyünə dair razılıqdır, qalanları ikinci dərəcəlidir” - PUTİN

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə təkcə İrəvan və Bakı arasında deyil, bütövlükdə regionda konstruktiv inkişafa gətirib çıxaracaq razılaşmaların əldə olunacağına ümid edirəm”.

Asayis.Az xəbər verir ki, bunu Moskvada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

O, bunu Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Paşinyanla Əliyev arasında yaranmış polemikaya cavab verərkən deyib. “Həmkarlar öz mövqelərini bildirdilər, formalaşdırdılar, onlar üçün bu vacibdir. Dəhliz, yol, bu önəmlidir və burada müəyyən ziddiyyətlər var. Amma daha önəmlisi odur ki, həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin indicə dedikləri odur ki, fundamental bir məsələdə – ərazi bütövlüyü məsələsində də prinsipial xarakterli razılaşma var”, – Putin bildirib.

Putin qeyd edib ki, dəhliz, yol terminləri əsas deyil, əsas vacib olan Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olmasıdır, qalan məsələlər ikinci dərəcəlidir.

10:25 - 26 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin