Belə çıxır ki, dövlətin ayırdığı pullar boş yerə gedir - Komitə sədri

 Belə çıxır ki, dövlətin ayırdığı pullar boş yerə gedir - Komitə sədri

Milli Məclisin Elm və təhsil komitəsində tələbələrə fərqlənmə diplomuna görə müəyyən güzəştlərin edilməsi məsələsinə toxunulub.
Asayis.Az 
xəbər verir ki, bu barədə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev danışıb.

“Milli Məclisin plenar iclasında spikerin müavini Fəzail İbrahimli universiteti qırmızı diplomla bitirənlərə müəyyən güzəştlərin olunmasını təklif edib. Burada həqiqət var. Bununla bağlı bir neçə dəfə təkliflər olub. Bu, bir motivasiya, dəstək ola bilər. Bildirim ki, dövlət tərəfindən universitetlərdə əlaçı tələbələr üçün daha yüksək məvaciblər verilir. Amma onlar universiteti bitirdikdən sonra biz həmin şəxsləri işlə təmin etmirik, müəyyən güzəştlər etmirik. O zaman belə çıxır ki, dövlətin ayırdığı məvaciblər boş yerə gedir. Belə şəxsləri fərqləndirmək lazımdır”,- deyə komitə sədri bildirib.

 


Demokrat.az

16:49 - 24 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin